
Beynəlxalq ekspert: İran, ABŞ və İsrail arasındakı uzunmüddətli gərginliyi azala bilər
09:18 09.10.2025
Dünya
575
Vaşinqton və Tehran ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra mümkün razılaşmanı müzakirə edirlər.
Bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində danışıb.
“Biz indi elə bir mərhələdəyik ki, İran, mən və bir neçə başqa şəxs mümkün razılaşma barədə danışırıq. Bu, artıq çox fərqli bir İrandır”, – deyə ABŞ lideri bildirib.
Prezident hansı konkret sazişin müzakirə edildiyini açıqlamayıb.
Qeyd edək ki, 2025-ci ildə ABŞ və İran arasında nüvə məsələsinə dair beş danışıqlar raundu nəticəsiz başa çatmışdı.
Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a bildirib ki, İran-ABŞ arasında uzun müddətdir ki, nüvə proqramı ilə bağlı gərginlik yaşayır:

"ABŞ, İranın nüvə fəaliyyətlərinin əsas məqsədinin nüvə silahı hazırlamaq olduğunu iddia edir. Vaşinqtona görə, İranın nüvə silahına sahib olması halında bu, ilk növbədə İsrailin təhlükəsizliyi, eləcə də ABŞ-nin Yaxın Şərqdəki hədəf və strategiyaları üçün ciddi təhdid yarada bilər. Buna görə də ABŞ və İsrail bu məsələ ilə bağlı Tehrana qarşı çox sərt siyasət yürüdürlər. 2012-ci il aprelin 14-də İran, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Fransa, Böyük Britaniya və Almaniya ilə birlikdə, “P5+1 ölkələri” formatında nüvə danışıqları aparmış və bu istiqamətdə müəyyən razılaşma sənədi imzalanmışdı. Lakin sonradan, Donald Trampın birinci prezidentlik dövründə bu razılaşmanı “Amerika tarixinin ən utancverici sazişi” adlandıraraq ABŞ-ın müqavilədən çıxdığını elan etdi.
Bundan sonra İran bəyan etdi ki, nüvə fəaliyyətlərini beynəlxalq nəzarət olmadan davam etdirəcək və hər hansı bir beynəlxalq hüquqi mexanizm çərçivəsində bu fəaliyyətlərə nəzarətə icazə verməyəcək. Sonrakı mərhələdə İran işlərini davam etdirərkən, İsrail Vaşinqtonun dəstəyi ilə İran ərazisində müxtəlif hücumlar həyata keçirdi. Bu hücumların əsas məqsədi İranın nüvə obyektlərini vurmaq və onun nüvə proqramını dayandırmaq idi. Hazırkı mərhələdə isə Tramp İranın nüvə fəaliyyətlərinin yenidən razılaşma çərçivəsində davam etdirilməsi üçün təşəbbüsün başladığını açıqladı. Lakin bu təşəbbüsün necə həyata keçiriləcəyi beynəlxalq ictimaiyyətdə müəyyən suallar doğurdu. ABŞ, əsasən, İranın nüvə fəaliyyətlərinin beynəlxalq nəzarətə tabe olmasını və uran zənginləşdirmə prosesinin nüvə silahı istehsalına imkan verməyəcək səviyyədə məhdudlaşdırılmasını tələb edir. Digər tərəfdən İran ABŞ-dən ölkəyə qarşı hərbi hücumların olmayacağına dair təminat istəyir. Həmçinin, Tehrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğv olunmasını və ABŞ banklarında dondurulmuş İran vəsaitlərinin geri qaytarılmasını tələb edir. Vaşinqton isə öz növbəsində İranın dəstəklədiyi HƏMAS, Hizbullah, Husilər və “Haşdi Şabi” kimi “proksi qüvvələr”ə maliyyə və hərbi yardım göstərməməsini istəyir".
Ekspert qeyd edib ki, İsrailin fikrincə, əgər İran bu qüvvələrə dəstəyini dayandırarsa, Yaxın Şərqdə bu qrupların hərbi-siyasi təsiri zəifləyəcək və İsrail üçün mövcud olan təhlükə azalacaq:
"Nəticə etibarilə, əgər Tehran və Vaşinqton qarşılıqlı tələblər əsasında ortaq bir razılaşma əldə etsələr və memorandum şəklində imzalansa, bu, İranın nüvə fəaliyyətlərinin davamına hüquqi çərçivə qazandıracaq. Nəticə etibarilə İran, ABŞ və İsrail arasındakı uzunmüddətli gərginliyi azala bilər. Lakin bu razılaşmaya tərəflərin nə dərəcədə əməl edəcəkləri və xüsusilə İranın buna sadiq qalacağı məsələsini yalnız zaman göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət