Bizə ABŞ-ın məsləhəti lazım deyil - Almaniya XİN

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Münhen Təhlükəsizlik Konfransında ABŞ Dövlət katibi Marko Rubionun çıxışını Vaşinqtonla münasibətlərin qurulması fonunda "yaxşı başlanğıc" adlandırıb.

Axar.az xəbər verir ki, bu barədə Vadeful jurnalistlərə açıqlama verərkən deyib.

Vadeful jurnalistlərə Avropanın öz istəyi ilə rəqabət qabiliyyətini artırmağa qərar verdiyini, həmçinin öz ölkəsinin qanunsuz miqrasiyanın qarşısını almaq üçün səylər göstərdiyini qeyd edib.

“Avropa ABŞ ilə dialoqa hazırdır. Amma bizə əlavə məsləhət lazım deyil", - deyə o əlavə edib.

Qeyd edək ki, Rubio konfransda çıxışı zamanı kütləvi miqrasiya məsələsi ilə bağlı narahatlığını bildirib və ABŞ-ın güclü Avropa görmək istədiyini vurğulayıb.