Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ABŞ-ın Venesuelaya hücumu və prezident Nikolas Maduronun devrilməsi ilə əlaqədar yanvarın 5-də fövqəladə iclas keçirəcək.
AZƏRTAC xəbər verir ki, iclas Kolumbiyanın tələbi əsasında baş tutacaq.
BMT Təhlükəsizlik Şurası ABŞ ilə Venesuela arasında artan gərginliklə bağlı iki dəfə, oktyabr və dekabr aylarında toplanıb.