Britaniya Tehrandakı səfirliyini müvəqqəti bağladı

Böyük Britaniya hakimiyyəti İrandakı diplomatik nümayəndəliyinin fəaliyyətini müvəqqəti dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Mirror"qəzeti mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Tehran şəhərində yerləşən Britaniya səfirliyi hazırda qapadılıb və diplomatik missiya uzaqdan iş rejiminə keçirilib. Mənbə bildirib ki, bu qərar təhlükəsizliklə bağlı atılıb.