Britaniya Trampın “Sülh Şurası” razılaşmasına qoşulmayacaq

Böyük Britaniya Davosda Dünya İqtisadi Forumu çərçivəsində imzalanacaq “Sülh Şurası” müqaviləsinə qoşulmayacaq.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Yvet Kuper bildirib.

Qeyd edək ki, imzalanma mərasimi bu gün keçiriləcək.

Qəzzada idarəçilik və yenidənqurmanın təmin olunması üçün yaradılacaq “Sülh Şurası”nın 7 əsas təsisçi üzvü olacaq.