Böyük Britaniya və Almaniyanın yüksək rütbəli hərbi liderləri ölkələrini Rusiya ilə mümkün silahlı münaqişəyə hazırlaşmağa çağırıblar.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzetinin 16 fevral sayında qeyd olunub.
Qəzetin yazdığına görə, Britaniya Silahlı Qüvvələrinin Baş komandanı Riçard Nayton və Bundesverin baş müfəttişi Karsten Breuer yenidən genişmiqyaslı silahlanma təşəbbüsü ilə çıxış ediblər.
Hərbçilərin fikrincə, müdafiə xərclərinin artırılması və silahlı qüvvələrin modernləşdirilməsi Avropada kollektiv təhlükəsizliyin təmin edilməsi üçün zəruridir.
Liderlər vurğulayırlar ki, bu tədbirlər mövcud geosiyasi vəziyyətin reallıqlarını əks etdirir.
Onlar vətəndaşları ölkələrinin və regionun təhlükəsizliyi üçün iqtisadi xərclərin qaçılmazlığını anlamağa çağırırlar.