Bu gün Putin Əhməd əl-Şaraa ilə görüşəcək

Bu gün Kremldə Rusiya Prezidenti Vladimir Putin Suriya keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Suriya Prezidenti Rusiyaya işgüzar səfər edəcək.

Görüş zamanı Rusiya və Suriya arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.

Tərəflərin, həmçinin Yaxın Şərqdəki cari vəziyyət və regionda baş verən son hadisələr barədə fikir mübadiləsi aparacağı gözlənilir.