Bu hadisələrinin arxasında Hindistan dayanır - Çaudri

Pakistanda baş verən hər bir terror hadisəsinin arxasında Hindistanın sponsorluğu, təşviqi və niyyətinin dayandığı tamamilə aydındır.

Axar.az xəbər verir ki, bunu Pakistan ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri deyib.

“Onlar Əfqanıstanın zülmkar Taliban rejiminin ərazisindən əməliyyat bazası kimi istifadə edirlər. Qüvvələrimiz bütün sərhədlərdə - şərq, qərb, hava və dənizdə həmişə ayıq-sayıqdırlar.

Əgər kimsə istənilən vaxt "arzusunu yerinə yetirmək" istəyirsə, həmişə xoş qarşılanır”, - o bildirib.