
“Bu, müharibə qanunlarıdır”: Ukrayna ABŞ-siz də legitim hədəfləri vurmaqda haqlıdır
Yusif Nəzərli
07:47 06.06.2025
Dünya
394
Millət vəkili: “Putin-Tramp görüşü baş tutsa, dünya yenidən bölüşdürülə bilər”
"Kiyevin Rusiya ilə sammit tələbi Ukrayna birləşmələrinin həyata keçirdiyi açıq terror aktları fonunda qəribə səslənir". Bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi iclasda bildirib. O qeyd edib ki, Kiyev Rusiyada dinc infrastruktura hücumlar həyata keçirir və eyni zamanda hərbi əməliyyatları 30, hətta 60 gün müddətinə dayandırmağı xahiş edir, ən yüksək səviyyədə görüşün keçirilməsini xahiş edir. "Bəs bu şəraitdə belə görüşlər necə keçirilə bilər? Nədən danışmaq olar?" deyə Putin sual verib. Rusiya rəhbəri vurğulayıb: "Ümumiyyətlə, terrora "stavka" edənlərlə kim danışıqlar aparır? Terrorçularla? Hərbi əməliyyatlara möhlət verməklə onları nəyə görə cəsarətləndirmək lazımdır ki?". Prezident Vladimir Putin Bryansk və Kursk vilayətlərində baş verən terror aktlarından sonra Ukrayna ilə sammitin keçirilməsi və atəşkəsin təşkili imkanlarını şübhə altına alıb. O, hücumları dinc əhaliyə qarşı "məqsədyönlü zərbə" adlandırıb. Qeyd edək ki, Ukrayna Prezidenti V.Zelenski Putinlə görüşə biləcəyini demişdi. Ağ Evin mətbuat katibi Karolina Levitt isə bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynadan olan həmkarları ilə görüşə hazırdır. Levitt qeyd edib ki, Tramp hər iki liderin, hər iki tərəfin danışıqlar masası arxasında oturmasını istəyir: "Biz bu gün onların Prezident Trampın çağırışı ilə bunu (İstanbulda - red.) necə etdiklərini gördük".
Millət vəkili Rasim Musabəyov deyib ki, Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi əməliyyatı heç kim terror hücumu adlandırmır. Deputatın sözlərinə görə, Ukrayna Rusiya ərazisində birbaşa hərbi infrastruktura zərbə endirib:

"Hücum nəticəsində məhv edilən təyyarələr Ukrayna ərazisini bombardman edən hərbi vasitələr idi. Legitim zərbələr üçün önəmli hədəflərdən idi. Ukrayna məhz həmin təyyarələri hədəf aldı. Ancaq Vaşinqtonun bu məsələdə müəyyən məsafə saxlaması təbiidir. Hərbi hədəflərin zərərsizləşdirilməsində ABŞ-nin adının hallanması Rusiyanın Vaşinqtona iddialarla çıxış etməsinə gətirib çıxara bilərdi. Yenə deyirəm, Ukrayna tamamilə müharibə qanunlarına uyğun əməliyyat keçirib. Sadəcə, təyyarələrin vurulması deyil, eyni zamanda Krım körpüsünə zərbə də hərbi qanunlara zidd sayılmır. Çünki Krım körpüsü ilə hərbi daşınmalar həyata keçirilir". Parlamentari əlavə edib ki, əslində, Rusiya dövlət başçısı V.Putin Ukrayna prezidenti ilə görüşmək istəmir: "Ola bilsin, Türkiyə prezidenti ilə Putinin görüşü baş tutsun. Amma Putinin əsas istəyi məhz ABŞ Prezidenti Donald Trampla görüşməkdir. Əgər Trampla görüş alınarsa, sonrakı mərhələdə Kreml rəhbəri Zelenski ilə görüşdən yayınmaz. Putinin Trampla görüşündə məqsəd isə dünyanın yenidən bölüşdürülməsi ilə bağlı ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi