Bu ölkə sosial şəbəkələrdə bəyənmələrə görə cinayət məsuliyyətini ləğv etdi

Tacikistan prezidenti Emomali Rahmon Cinayət Məcəlləsinə "sosial şəbəkələrdə bəyənmə və ya digər işarənin yerləşdirilməsinə görə cinayət məsuliyyətini ləğv edən" qanunu imzalayıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Rahmonun imzaladığı "Kapital və investisiya fəaliyyətinin təşviqi haqqında" qanun investisiyaların dövlət dəstəyinə və investisiya mühitinin yaxşılaşdırılmasına yönəlib.

"Qəbul edilən qanunlar ölkənin davamlı sosial-iqtisadi inkişafının və vətəndaşların rifahının təmin edilməsinə yönəlib", - məlumatda qeyd edilib.