Bu, təkcə Ukrayna və Rusiya arasında sülh olmayacaq - Fidan

Əldə olunacaq sülh təkcə Rusiya ilə Ukrayna arasında olan bir sülh olmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin XİN rəhbəri Hakan Fidan jurnalistlərə müsahibəsində bildirib.

“Bu, eyni zamanda Avropa ilə Rusiya arasında da bir sülh olacaq. Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ın Rusiya-Ukrayna müharibəsindəki aparıcı rolunu dəyişməsi, neytral mövqeyə keçməsi, eləcə də Avropa təhlükəsizliyi ilə bağlı oynadığı rolu və daşıdığı məsuliyyəti yenidən nəzərdən keçirməsi nəticəsində başqa bir problem ortaya çıxdı.

Rusiya–Ukrayna müharibəsi bir problem idisə, ABŞ-ın bu müharibənin sonlarına doğru ortaya qoyduğu mövqe daha başqa bir problem yaratdı.

Mövcud vəziyyətə baxdıqda, Avropa çox ciddi şəkildə Ukraynanın təhlükəsizliyinə fokuslanmış vəziyyətdədir. Təbii ki, bunun hərbi strategiya baxımından nə dərəcədə real olub-olmaması da müzakirə edilməlidir”, - Fidan bildirib.