Bunu Kiyev də anlayır: Ukraynanın əvvəlki sərhədlərinə qaytarılması aktual deyil
13:16 02.05.2025
Dünya
459
Rusiya heç vaxt Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmasına icazə verməyəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Kiyev və onu dəstəkləyən Qərb ölkələri Ukraynanı 1991-ci il sərhədlərinə qaytarmaq istəyirlər. Rusiya isə bu cür bir ssenarinin gerçəkləşməsinə heç vaxt icazə verməyəcək.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a bildirib ki, Qərb ölkələrinin Ukraynanı əvvəlki sərhədlərinə qaytarmaq kimi niyyətləri yoxdur:
“Avropa ölkərində bununla bağlı müəyyən anlaşma ola bilər. Ancaq Amerika Krımı Rusiyanın ərazisi kimi tanımağa hazırlaşırdı, bununla bağlı Tramp höküməti rəsmi təklif də irəli sürmüşdü. Ukraynaya dəstək göstərən Avropa ölkələri belə başa düşürlər ki, Ukraynanın əvvəlki sərhədlərinə qaytarılması məsələsi aktual deyil. Hətta sözügedən məsələni Kiyevin özündə də anlayırlar. Rusiya tərəfinin belə bir açıqlama verməsi Amerika-Ukrayna arasında imzalanan mineral ehtiyatların birgə istismarı və İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında razılaşma ilə bağlıdır. Eyni zamanda Amerika danışıqlardan çıxdığını bildirdi. Bütün bunlar isə Rusiya tərəfində həyacanla qarşılandı. Mineral ehtiyatların birgə istismarı haqqında saziş Ukraynanın təbii sərvətlərinin Amerika tərəfindən mənimsənilməsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, Ukraynanın mineral ehtiyatlarının əksəriyyəti hazırda Rusiyanın işğalı altında olan bölgələrdədir. Bu isə deməyə əsas verir ki, Qərb ölkələri və Amerikanın gələcəkdə Rusiyanın nəzarətində olan ərazilərin azad edilməsiylə bağlı tədbir keçirəcəklər. Hazırda Qərb ölkələri və Rusiya arasında Krım müzakirə mövzusu deyil. Ancaq Ukraynanın Şərq vilayətlərinin geri qaytarılması aktualdır. Rusiyanın atəşkəsə razı olmamasının əsas səbəbi budur. Rusiya iddia edir ki, Qərb ölkələri gələcəkdə Ukraynaya Şərq vilayətlərinin işğaldan azad olunması üçün yardım göstərəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm