Burada “adi” heç kim yoxdur! ABŞ-ın ürəyindəki qaranlıq siyahı

ABŞ-ın hərbi müdaxilə ilə saxladığı Venesuela Prezidenti Nikolas Maduronun məhkəmə prosesi dövründə Nyu-Yorkdakı Brooklyn Metropolitan Gözaltı Mərkəzində (MDC) saxlanılacağı bildirilir.

Sherg.az xəbər verir ki, ABŞ-ın ən sərt və qalmaqallı həbsxanalarından biri sayılan MDC-də dövlət başçıları, kartel liderləri, rep ulduzları və iri maliyyə qalmaqallarının fiqurları eyni məkanda tutulur.

MDC-də hazırda saxlanılan və ya son illərdə qalan tanınmış şəxslər arasında repçi Tekashi 6ix9ine, Sinaloa Kartelinin qurucularından İsmail “El Mayo” Sambada, UnitedHealthcare şirkətinin CEO-sunun qətlində ittiham olunan Luici Mancione yer alır. Daha əvvəl isə Sean “Diddy” Combs, R. Kelly, El Çapo, Sem Bankman-Frid və Gisleyn Maksvell kimi adlar da bu həbsxanada saxlanılıb.

ABŞ-ın ən yüksək təhlükəsizlik rejimli cəza müəssisələrindən biri olan Brooklyn MDC, Nyu-Yorkun mərkəzində yerləşməsi və eyni anda dünyanın ən çox tanınan və mübahisəli fiqurlarını bir araya gətirməsi ilə diqqət çəkir.