Son beş gün ərzində milli enerji şəbəkəsinin ikinci dəfə çökməsi səbəbindən bütün Nigeriya qaranlığa qərq olub.
Oxu.Az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, federal paytaxt ərazisi, o cümlədən paytaxt Abuca işıqsız qalıb.
Afrikanın ən sıx məskunlaşmış ölkəsinin enerji şəbəkələrinin işinə nəzarət etmək üçün dövlət tərəfindən səlahiyyətləndirilmiş qurum - Nigeriya Müstəqil Sistem Operatorunun məlumatına görə, elektrik enerjisi istehsalı 4 min mVt-dan 219 mVt-a qədər düşüb.
Sənaye müəssisələri, şirkət ofisləri və yaşayış binaları generatorlara və günəş panellərinə keçməyə məcbur olublar.
Nigeriya sonuncu dəfə analoji kollapsı yanvarın 23-də yaşamışdı.
Təmir xidmətləri hadisənin səbəblərini müəyyənləşdirmək üçün elektrik ötürücü xətlərində araşdırmalar aparırlar.