Buzlar əriyir...
Turan
09:16 09.12.2020
Dünya
645
Türkiyə-İsrail münasibətlərində yeni dönəm başlayır
"Azərbaycanın İsrail və Türkiyə ilə sıx əməkdaşlığı iki ölkənin daha da yaxınlaşmasına səbəb olub"
Türkiyə-İsrail münasibətlərində normallaşma prosesi davam edir. İsrailin Xarici İşlər Nazirliyi, “Catalyst Funds” investisiya şirkəti və Türkiyənin “Türkiye Teknoloji Geliştirme Vakfı” birgə toplantı keçiriblər. Toplantının məqsədi iki ölkə arasında yüksək texnologiyalar sahəsində əməkdaşlığı və tərəfdaşlığı gücləndirməkdir. İsrail XİN-in yetkilisi Yom Giladın dediyinə görə, iki ölkə arasındakı ticari mübadilənin miqyası bu ayın sonunadək 10 milyard dollara çatacaq. Xatırladaq ki, bir müddət öncə Türkiyə İsrail ilə münasibətləri düzəltmək üçün kəşfiyyat orqanlarını işə salmışdı.
“Al Monitor” nəşri yazmışdı ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan israilli rəsmilərlə münasibətləri normallaşdırmaq üçün görüşlər keçirir. Məlumat üçün deyək ki, İsrail-Türkiyə münasibətləri Fələstin məsələsinə görə gərginləşib. Son olaraq 2018-ci ildə İsrailin Qəzza bölgəsinə davamlı hücumları və ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürmə qərarından sonra tərəflər qarşılıqlı olaraq səfirlərini geri çağırıblar.
İki ölkənin əməkdaşlığı ilə bağlı “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Türkiyə-İsrail münasibətlərində yaranan soyuqluq 2010-cu il “Mavi Mərmərə” gəmisində baş vermiş hadisədən sonra daha qabarıq şəkildə özünü büruzə verdi. Analitikin sözlərinə görə, əslində gəmi insidenti Türkiyə üçün bölgədə varlığını təsdiq etmək üçün bir fürsət oldu:
“Bundan sonra Türkiyə aktiv olaraq bölgədə fəaliyyətə başladı və uzun illər Qərbin və NATO-nun “sözəbaxan ölkə” statusundan çıxaraq regional güc mərkəzinə çevrilməyə başladı.
Türkiyə xarici siyasəti cənab Ərdoğan tərəfindən elə nizamlandı ki, qarşıdurmada olduğu dövlətlərlə bir anın içərisində müharibə edəcəyi, yaxud kəskin diplomatik krizis yaşanacağı görüntüsü yarandı. Lakin bunların heç biri baş vermədi.
Türkiyə xarici siyasətində Rusiya, ABŞ və Avropa ölkələri ilə tarazlaşdırılmış siyasət yürütməkdə davam edir. Adlarını sadaladığım dövlətlərlə zaman-zaman gərginliklər yaşansa da, müttəfiqlik və əməkdaşlıq davam etdirilir”.
Ekspert vurğulayıb ki, İsraillə münasibətlər 2020-ci ildən yumşalmağa başlayıb və önümüzdəki illərdə bu münasibətlər strateji əməkdaşlığa çevriləcək:
“Azərbaycanın İsrail və Türkiyə ilə sıx əməkdaşlığı iki ölkənin daha da yaxınlaşmasına səbəb olub. Qarabağ müharibəsi ərəfəsində və savaş dövründə bu iki ölkənin simmetrik dəstəyi Azərbaycanın siyasi iradəsinin təcəssümüdür.
İsrail də öz növbəsində hisslərə qapılmayaraq, Azərbaycanın dəstəyi ilə etibarlılığını sübut etdi.
Fələstinlə bağlı Türkiyənin mövqeyi ABŞ və Rusiyanın mövqeyi ilə üst-üstə düşür və beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu məsələdə İsrail də anlayış və dözümlülük göstərir.
Ərəb ölkələri də İsraillə əməkaşlığa meyilli olduqlarını gizlətmirlər. İndiyə qədər İsraillə gizli sövdələşmələrlə əməkdaşlıq edən ərəb ölkələri bundan sonra açıq əlaqələr quracaqlar.
Türkiyə perspektivi olmayan bölgə ölkələri ilə xırda məsələlərə görə, İsraillə münasibətləri korlamamalıdır. Görünür, artıq bu istiqamətdə tədbirlər görülür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol