Buzlar əriyir: “ABŞ İrana “nəfəslik” açır, amma...”
13:25 19.02.2021
Dünya
813
“Təzyiqlər isə öz yerindədir, heç bir təzyiq aradan qalxmayıb"
Co Bayden Amerikada prezident seçilər-seçilməz bir neçə ölkənin üzərindən "meh" kimi əsib keçdi. Lakin "meh"in nə qədər güclü ola biləcəyi bəlli deyil. Amerika prezidenti C.Bayden Rusiyanın ABŞ üçün təhdid , o cümlədən Türkiyənin Rusiyadan S-400 raket almasının yolverilməz olduğunu, həmçinin İranla dialoqun davam edəcəyini bildirmişdi. Görünür, İranla ABŞ münasibətləri yumşala bilər.
Bu dəfə ABŞ Dövlət Departamentindən bildirilib ki, Amerika BMT- yə təqdim etdiyi İrana qarşı sanksiya rejiminin bərpa edilməsi tələbini geri götürüb.
Bununla bağlı ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Riçard Mills qurumun Təhlükəsizlik Şurası üzvlərini məlumatlandırıb.
Qeyd edək ki, 2020-ci ilin avqustunda keçmiş administrasiyanın dövlət katibi Mayk Pompeo TŞ-da İrana qarşı 2231 saylı qətnamə ilə ləğv olunan sanksiyaların bərpası təşəbbüsü ilə çıxış edib. ABŞ buna səbəb kimi İranın nüvə sazişinə əməl etməməsini göstərib.
Vaşinqtonun sanksiya təklifini geri götürməsi ABŞ-ın İranla nüvə sazişinin bərpası məsələlərinə həsr olunmuş görüşdə iştiraka razılıq verməsi ilə eyni vaxta təsadüf edib.
Məsələni "Sherg.az"a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, atılan addım ABŞ-ın İrana qarşı iddialarından əl çəkməsi demək deyil:
"Amerikanın BMT -yə təqdim etdiyi sanksiya tələbini geri götürməsi sadəcə olaraq ABŞ-ın yeni Adminstrasiyasının İrana münasibətdə xoşməramlılığının göstəricisidir. Çünki rəsmi Tehran hələ də rəsmi Vaşinqtona qarşı irəli sürdüyü şərtləri qəbul etmir.
Bundan sonrakı mərhələdə ABŞ, Avropa İtiifaqı, Rusiya, Çin İranın nüvə proqramı ilə bağlı danışıqlara başlayacaq. Daha sonra sanksiyanın müddəalarının həyata keçirilmə məsələsinin nə qədər doğru olub-olmadığı öz əksini tapacaq".
S.Soltan deyib ki, Rusiya və Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların motivləri fərqlidir:
"Türkiyə Rusiyadan S-400 raket kompleksini aldığı üçün ona qarşı sanksiya tətbiq edilib. ABŞ təklif edir ki, bu kompleksdən imtina edilsin. Türkiyə də qarşılıq olaraq kompleksi alıb, amma istifadə etməyəcəyini bildirir. Deyir ki, ABŞ, o cümlədən NATO-ya üzv olan başqa ölkələr həmin raket kompleksini əvəz edə biləcək qurğular tapsın.
Bu məsələ istiqamətində danışıqlar gedir. Nəticədə, Türkiyə ilə ABŞ arasındakı sanksiya məsələsi həllini tapacaq.
Rusiya tətbiq edilən sanksiya isə Ukrayna ilə bağlıdır.
Bu Rusiyanın Krım yarımadasını ilhaq etməsi, Ukraynanın şərqində separatçıları dəstəkləməsindən irəli gəlir. Güman ki, İranla pərdəarxası danışıqlar aparılır.
Bu günlərdə atom enerjisi Beynəlxalq Agentliyin baş direktoru İrana səfər etdi. İranla atom enerjisi Beynəxalq Agentliyi arasında hansısa anlaşma ola bilər. O anlaşmanın nəticəsi olaraq, ABŞ həmin addımı atıb. Lakin ABŞ-ın İrana qarşı iddiaları tam təmin etməsi ilə bağlı heç bir məlumat yoxdur. Bu isə sanksiyaların davam edəcəyi anlamına gəlir.
Hələ başlanğıcdır, sonrakı mərhələdə bütün məsələlərin gedişatı İran tərəfindən aslı olacaq. İran atom sahəsində şəffaflığını təmin etsə, raket istehsalını dayandırsa, insan haqlarına hörmət etsə, İranın məsələsi daha asan başa gələcək .
Politoloq ABŞ-ın İrana “qapı” açdığını deyib:
"Amerika İrana “nəfəslik” açır ki, işıq düşsün və hadisələrə daha real yanaşsın. İranın məsələyə daha real yanaşa bilməsi üçün ölkədəki vəziyyət bunu tələb edir. Təzyiqlər isə öz yerindədir, heç bir təzyiq aradan qalxmayıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya