"Buzlar" əriyir ! - "Bayden Türkiyə ilə anlaşacaq" – TƏHLİL
14:01 18.01.2021
Dünya
818
Turab Rzayev: “Bu ölkələr regionda qarşılıqlı əməkdaşlığın mövcudluğu üçün bir-birilərinə möhtacdırlar”
Həsrət Rüstəmov: “Amerikada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Türkiyənin regiondakı gücünü nəzərə almağa məcburdur”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, ABŞ-ın yeni Prezidenti Co Bayden dövründə Türkiyə-ABŞ münasibətlərinin müsbət istiqamətə yön alması üçün yol xəritəsini hazırlanır:
"ABŞ-la əlaqələrimizə ən pis təsir göstərən məsələ terror təşkilatı PKK/YPG-yə verilən dəstəkdir. Onların da S-400-lə bağlı bizimlə problemi var. Prezident Tramp vəzifəsindən getmədən öncə sanksiya qərarı verdi. Baxacağıq görək proses necə davam edəcək. İşçi qrupu yaradıb, NATO ilə işləyək. Təklifimizi də yeniləməyi nəzərdə tuturuq”.
Məsələni “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev vurğulayıb ki, Co Bayden dönəmində Yaxın Şərqdə ümumi vəziyyət tamamən dəyişəcək:
“Ərəb ölkələri ABŞ-dan əvvəlki dəstəyi görməyəcəklər. Ona görə də, artıq həmin ölkələrin bir çoxu Türkiyə ilə yaxınlaşmağa başlayıb. Səudiyyə Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri məcbur Qətərlə münasibətləri normallaşdıracaq. Eyni vaxtda İsraildən və ABŞ-dan dəstək almayacaqlar deyə Türkiyə ilə yaxınlaşmağa üz tutacaqlar.
Demokrat partiyasının hakimiyyətə gəlişi İranla münasibətləri də yumaşalda bilər. Hazırda İsrail və Misir Türkiyə ilə əlaqələri yaxşılaşdırır. Lakin onların PKK-nı məhv etməsi yolunda nə qədər dəstək verəcəklərini deyə bilmərəm. PKK/PYD-yə verilən dəstək Tramp dönəmində var idi. Ola bilsin ki, bu Amerikanın dövlət strategiyası ilə bağlıdır.
Ərdoğan demokratik hökumət paketi elan edib. Artıq ölkənin siyasi-iqtisadi mühitinin daha demokratik formalaşması, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı addımlar atıb.
Türkiyə ABŞ-ın Yaxın Şərqdə və Şərqi Avropada imtina edə biləcəyi müttəfiqi deyil. ABŞ və Türkiyə regionda qarşılıqlı əməkdaşlığın mövcudluğu üçün bir-birilərinə möhtacdırlar. Məncə, Bayden dönəmində hər iki ölkə qarşılıqlı şəkildə anlaşa biləcək".
Azərbaycan Demokrat Partiyasının sədr müavini, politoloq Həsrət Rüstəmov isə bildirib ki, Amerikada demokratlardan fərqli olaraq,respublikaçılar daha fəal olublar. Amma M.Çavuşoğlu məlumatlı adamdır, onun dediklərini həqiqət kimi qəbul etmək lazımdır:
"Türkiyənin regionda artan rolu, M.Çavuşoğlunun haqlı olduğunu iddia etməyə əsas verir. D.Tramp dönəmində ABŞ regionda Türkiyəni "dalana dirəmək" üstünlüyünü qorumaq istiqamətində addımlar atmağa çalışırdı.
R.T.Ərdoğan hakimiyyəti son beş ildə Yaxın Şərqdə uğurlu manevrlər etməklə Türkiyənin regional lider olduğunu ABŞ-a qəbul etdirə bilib.
ABŞ artıq hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Türkiyənin regiondakı gücünü nəzərə almağa məcburdur. M.Çavuşoğlu dediyi kimi, Bayden dönəmində ABŞ Türkiyə ilə isti münasibətlər qurmağa çalışacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya