Dünyaca məşhur aktyor Ceki Çan, Qəzzada yaşanan dramla bağlı duyğularını bölüşüb.
Sherg.az xəbər verir ki, Çin istehsalı olan “Unexpected Family” filminin ilk nümayişi zamanı o bildirib ki, bölgədəki hadisələr onu dərin təsirləndirib:
“Səbr edə bilmədim, ağladım. Yaşlanmaq əslində bir nemətdir” -deyə 71 yaşlı aktyor söyləyib.
Çan, Qəzzadan gələn görüntüləri izləyərkən, bir uşağın bombalanmış mühitdə böyümək perspektivsizliyini söylədiyi an ağladığını qeyd edib: “Uşağa "böyüyəndə nə olacaqsan?" deyəndə o cavab verdi ki, "Bizim buralarda uşaqlar böyümür". Üzündə ən kiçik bir ifadə yox idi. O an göz yaşlarım boşaldı. Qəzzanın uşaqları hər gün bombalanır. Dayanamadım, ağladım.”
Ceki Çan filmlərdəki akrobatik döyüş səhnələri ilə tanınır və eyni zamanda dünyaca məşhur xeyriyyəçi olaraq "Forbes" jurnalının “Ən Yaxşı 10 Məşhur” siyahısına daxil edilib.