İran Konstitusiyaya Nəzarət Şurasının (Keşikçilər Şurası) katibi və Ekspertlər Məclisinin üzvü Əhməd Cənnəti fevralın 22-də 99 yaşını qeyd edib.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
O, ad günü ilə bağlı yerli mediaya verdiyi müsahibədə uzunömürlülüyü və sağlamlığının səbəbləri barədə danışıb:
“Mən hər gün müntəzəm olaraq idman edir, həftədə iki dəfə suda üzürəm”.
Qeyd edək ki, Əli Xameneinin yaxın adamı olan Əhməd Cənnətinin adı 2019-cu ildən Amerikanın sanksiya tətbiq etdiyi şəxslər siyahısındadır.