Cənubi Koreya hökuməti ölkədə Afrika donuz taunu virusuna yoluxmanın altıncı halını təsdiqləyib.
AZƏRTAC Cənubi Koreyanın “Yonhap” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı, Ərzaq və Kənd İşləri Nazirliyi məlumat yayıb. Bildirilib ki, son yoluxma Seuldan 138 kilometr cənubda yerləşən Boryeong şəhərində, 3 min 500 donuzun saxlanıldığı fermada qeydə alınıb.
Virusun yayılmasının qarşısını almaq məqsədilə yoluxmuş heyvanların məhv edilməsi planlaşdırılır. Həmçinin Boryeong və ətraf ərazilərdəki bütün donuz fermaları və əlaqəli obyektlərdə fəaliyyətin müvəqqəti dayandırılması barədə göstəriş verilib.
Qeyd edək ki, Afrika donuz taunu insanlara yoluxmur, lakin donuzlar üçün ölümcül xəstəlikdir, hazırda onun peyvəndi və ya müalicəsi yoxdur.