Çili BRİKS sammitində iştirak edəcək
Yusif Nəzərli
20:24 22.04.2025
Dünya
360
Çili Prezidenti Qabriel Boriç, Braziliyada keçiriləcək BRİKS sammitində iştirak edəcəyini açıqlayıb.
Trend-in məlumatına görə, Boriç bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
O, qeyd edib ki, "Braziliya prezidenti keçən il bizə G20 sammitində iştirak etmək dəvəti göndərmişdi və bu il də BRİKS sammitində iştirak edəcəyik".
Yanvarın 1-dən Braziliya BRİKS-ə sədrlik edir. 2024-cü ildə isə assosiasiyaya Rusiya sədrlik edib və bu dövrdə əsas hadisə oktyabrın 22-24-də Kazanda keçirilən sammit olub. Bu sammitdə tərəfdaş dövlətlər kateqoriyasının yaradılması qərarı qəbul edilib və ilk tərəfdaşlar Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistan olub.
İndoneziya əvvəlcə BRİKS-in tərəfdaşı kimi adlandırılsa da, yanvarın 6-da Braziliya hakimiyyəti ölkənin tamhüquqlu üzv olduğunu elan edib. Həmçinin, yanvarın 17-də Braziliya Xarici İşlər Nazirliyi Nigeriyanın BRİKS-ə tərəfdaş kimi qoşulduğunu açıqlayıb.
BRİKS sammiti iyulun 6-dan 7-dək Rio-de-Janeyroda keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə