Çilidə Magellan boğazının sahil zonasının təxliyəsinə başlanılıb
Yusif Nəzərli
16:17 02.05.2025
Dünya
445
Çili hökuməti güclü sualtı zəlzələdən sonra ölkənin cənubundakı Magellan boğazının bütün sahil zonasının təxliyə edilməsi barədə göstəriş verib.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Qabriel Boriç sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, mümkün sunami ilə bağlı xəbərdarlıq zəlzələnin episentrindən 185 mil radiusda yerləşən sahilyanı ərazilərə aiddir.
ABŞ Milli Meteoroloji Xidmətinin Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi də bir sıra təhlükəli dalğaların ola biləcəyi barədə xəbərdarlıq edib.
“Maqalyanes regionunda sahil zolağının tam boşaldılmasına çağırırıq”, - Boriç fövqəladə hallar xidmətinin rəsmi xəbərdarlığını açıqladıqdan sonra söyləyib.
O həmçinin vurğulayıb ki, evakuasiya Çilinin Antarktika bölgəsinin yaxın ərazilərini əhatə edir.
Prezident qeyd edib ki, yaranmış vəziyyətə müvafiq reaksiya vermək üçün bütün lazımi resurslar səfərbər olunub.
“İndi üzərimizə baş verə biləcək hadisələrə hazır olmaq və səlahiyyətlilərin göstərişlərinə əməl etmək düşür”, - o deyib.
Ölkənin seysmoloji xidmətinin məlumatına görə, 7,5 maqnitudalı zəlzələ Puerto Uilyams şəhərindən 218 km aralıda baş verib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm