Çin COVID-19 qurbanlarının xatirəsini yad edib
03:09 04.04.2020
Dünya
577
Aprelin 4-ü Çində yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin və onları xilas edərkən həyatını qurban verənlərin xatirəsi ilə bağlı ümumxalq hüzn günü elan olunub.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər saat 10-da (Bakı vaxtı ilə saat 6:00) ölkə ərazisində və Çinin xaricdəki diplomatik nümayəndəliklərində pandemiya qurbanlarının xatirəsi üç dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib. Dövlət bayraqları endirilib. Paytaxt Pekində və müxtəlif yerlərdə anım mərasimləri keçirilib. Mərasimlərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin başda olmaqla, rəsmi şəxslər də iştirak edib.
Aprelin 4-ə nəzərdə tutulan bütün əyləncə tədbirləri ləğv olunub.
Qeyd edək ki, yazda gündüzlə gecənin bərabərləşdiyi gündən 15 gün sonra qeyd olunan əcdadların, ölmüş yaxın adamların anımı ilə bağlı olan Çinmin mərasimi də bu il aprelin 4-ə təsadüf edir.
Rəsmi statistikaya görə, ötən ilin dekabrında Uxan şəhərində aşkarlanan yeni növ koronavirusdan indiyədək Çində 3326 nəfər ölüb. Ölənlər arasında COVID-19 xəstələrini müalicə edən 12 tibb işçisi, habelə xidməti vəzifəsini yerinə yetirərkən virusa yoluxmuş polis əməkdaşı və evlər idarəsinin işçisi də var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə