Çin iqtisadi gücünü qaytaracaqmı ? - TƏHLİL
Şəymən Bayramova
10:10 01.04.2020
Dünya
870
“Koronavirus pandemiyasının sürətlə yayıldığı ölkələrdən biri də Pakistandır. Orada virusa yoluxanların sayı min nəfəri keçib. Virusa yoluxanların təxminən yarısı Pakistanın cənub-şərq əyalətində yaşayan insanlardır. Bugünə qədər infeksiyadan ölənlərin sayı çox deyil. Ancaq təhlükənin miqyası hər an arta bilər”.
Bu barədə “Sherg.az”a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, koronavirusun yayılmasına görə Pakistanda hökumət Çini ittiham edir:
“Pakistanın səhiyyə nazirinin müavinin də dediyi kimi virus Pakistana Çindən keçib: “ Pakistanda virusa yoluxanların təxminən 25 faizi 21-30 yaş arasında olan gənclərdir. Bu da onu göstərir ki, Pakistanda virusa yoluxma gənclər üçün də təhlükəlidir. Pakistandan fərqli olaraq Çində yoluxanların mütləq əksəriyyəti yaşı 65-dən yuxarı olan insanlar idi.
Pakistanda virusa yoluxanların 64 faizini kişilər, 36 faizini qadınlar təşkil edir. Maraqlıdır ki, virusun yerli yoluxma halları ümumi halların 7 faizini təşkil edir, qalan 93 faiz isə xarici ölkələrdə xəstəliyə yoluxublar. Bu vəziyyətdə Pakistanın yardıma ehtiyacı yaranıb. Çin Pakistana tibbi maskalar göndərib. Ancaq bu kifayət etmir. Pakistanda ciddi karantin tədbirləri görülür”.
E.Şahinoğlunun sözlərinə görə Çinlə regional layihələri ilə bağlı sualların sayı artıb:
“Koronavirusa yoluxan dövlətlərin mütləq əksəriyyəti zamanında onları xəbərdar etmədiyinə hazırı duruma görə Çin rəhbərliyini günahkar sayır. Mütəxəssislər bir neçə il əvvəl Çinin təsis etdiyi Çin Pakistan İqtisadi Dəhlizi (CPEC) və Bir Kəmər Bir Yol təşəbbüsünün gələcəyini müzakirəyə çıxarıblar. Bəzi ekspertlər məhz bu xətt üzərində yerləşən ölkələrin koronavirusdan daha çox əziyyət çəkdiklərini bildirirlər: “Qərb mətbuatında artan yazılarda göstərilir ki, birincisi, Çin öz istehsalını artırarkən ekoloji qaydalara riayət etmir. İkincisi, Çində koronavirus bitsə də, bəzi ölkələr gələcəkdə bu ölkənin yenidən virus yayıcısına çevriləcəyindən ehtiyat edirlər. Misal üçün koronavirusun ilk yayıldığı yer Uhan şəhərindəki heyvan bazarı sayılır. Koronavirus yayıldıqda ilk ölənlər həmin bazarın satıcıları və alıcıları oldular. Həmin bazar bağlandı. Ancaq indi həmin bazarı yenidən açıldığı və müxtəlif heyvanların yenidən satışa çıxarıldığı bildirilir”.
Politoloq hesab edir ki, İtaliyada koronavirus bu ölkədə çalışan ucuz çinli işçi qüvvəsindən ölkəyə yayıldı:
“İtaliyadakı sahibkarlar bundan sonra çinlilərdən ucuz işçi qüvvəsi kimi istifadədən imtina edəcəklər. Çin Pakistan İqtisadi Dəhlizinin ən böyük xarici sərmayədarıdır. Çin hansı ölkədə layihə həyata keçirib, onu maliyyələşdirirsə, Pekinin əsas şərtlərindən biri çalışanların əksəriyyəti çinli olmasıdır. Pakistanda da layihənin icrasında minlərlə çinli iştirak edir. Layihəyə görə Çinin Sincan şəhərini Pakistan və İran limanları ilə relslər və magistral yolları şəbəkəsi ilə bağlamalıdır. Ancaq Çindən yayılan ölümcül koronavirus həm Pakistan, həm də İran rəhbərliyini Pekinlə bu sahədə ortaq əməkdaşlığını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər. İtaliya da Çinin təsis etdiyi “bir kəmər, bir yol” layihəsinin Avropadakı əsas iştirakçısıdır. Roma da mövcud layhihədən imtina etməsə də, Çinlə bundan sonrakı təmaslarına diqqət yetirmək məcburiyyətində qalacaq. Bundan başqa Çin koronavirus səbəbindən on milyarlarla dollar itirdi. Bu səbəbdən Çinin özü də sağa-sola maliyyə xərcləməkdən imtina edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya