Çin İranın tələbi ilə Oman dənizinə "Liaowang-1" kəşfiyyat gəmisi göndərib

Çin İranın xahişi ilə kəşfiyyat gəmisi "Liaowang-1"i Oman dənizinə göndərib.

Teleqraf xəbər verir ki, bu barədə "Iranian Journalist's Diary" Telegram kanalı məlumat verib .

Söhbət ABŞ-nin mümkün hərbi əməliyyatı zamanı itkiləri əhəmiyyətli dərəcədə azalda biləcək genişmiqyaslı kəşfiyyat məlumatlarının toplanması və ötürülməsindən gedir.

Tapşırıqlara F-22 və F-35 qırıcı təyyarələrinin təhlili və izlənməsi, eləcə də EA-18 Growler elektron müharibə təyyarələrinin iş tezliklərinin müəyyən edilməsi daxildir. Əldə edilən məlumatlar raket sistemlərinin effektivliyini artıra bilər.

Qeyd olunur ki, Çin kəşfiyyat texnologiyaları mövcud İran hərbi strukturları ilə inteqrasiya olunur. Belə bir qarşılıqlı əlaqə səviyyəsi tərəflər arasında strateji koordinasiyanın dərinləşməsini göstərir.