Çin sərhəd tanımır... - ANALİZ
Fidan Həmişəyeva
09:11 08.07.2020
Dünya
982
“Çin - Hindistan sərhədində iyunun 16-da hərbçilərin ölümü ilə müşahidə olunan son insidentdən sonra Pekinlə Dehli arasında danışıqlar oldu. Məqsəd vəziyyəti sabitləşdirmək idi. Buna baxmayaraq, sərhəd bölgəsində vəziyyət gərgin olaraq qalır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.
Analitik vurğulayıb ki, əldə olunan razılaşmaya baxmayaraq, tərəflər hərbi qüvvələrini sərhəd boyu geri çəkməyiblər:
“Ekspertlərin fikrincə, hər iki ölkənin sərhədçiləri qış aylarına qədər sərhəddin dağlıq hissələrini tərk etməyəcəklər. Əksinə, Çin sərhəd boyu hərbi qüvvələrinin sayını artırır. Buna cavab olaraq Hindistan sərhəd bölgəsinə əlavə 3 hərbi diviziya yerləşdirib. Hindistan ayrıca, sərhəddə nəzarəti gücləndirmək məqsədilə ABŞ-dan “Predator” pilotsuz uçuş aparatları almağa hazırlaşır.
Bu arada, Hindistanın baş naziri Narendra Modi sərhəddə insidentin baş verdiyi Ladakx bölgəsini ziyarət edib, hərbçilərlə görüşüb. Onu baş qərargahın rəisi Bipina Ravata və quru qoşunların komandanı Manodja Mukunda Naravane müşayiət ediblər. Narendra Modi hərbçilər görüşdə bunları deyib: “Siz dünyanın ən ağır şərtləri şəraitində xidmət edirsiniz. Buna baxmayaraq, siz hər dəfə sübut edirsiniz ki, Hindistan silahlı qüvvələri güclüdür”. Modi bu açıqlamasıyla Çinə güzəştə getməyəcəyinə eyham vurub”.
E.Şahinoğlu qeyd edib ki, rəsmi Dehli Çinlə iqtisadi əməkdaşlığa yenidən baxır:
“Məsələn, Dehli Çinin “Huawei” şirkətinin Hindistan ərazisində 5G mobil sistemini qurması layihəsindən imtina edib. Bununla “Huawei” şirkəti əhalisi 1 milyarddan çox olan Hindistanda gəlir əldə etmək imkanından məhrum oldu. Hindistan Çindən 2.8 milyard dolar həcmində enerji avanadlıqları almalı idi. Dehli sərhəddəki insidentdən sonra bu razılaşmadan da imtina edib.
Halbuki, Narendra Modi hakimiyyətə gəldiyi gündən Çinlə yaxınlaşmağa meyl edirdi. O ötən ilin payızında Çinin lideri Tsi Tsinpini Hindistanda böyük təmtəraqla qarşılayaraq müxtəli anlaşmalar imza atmışdı. Çinin yanlışlığı ona baha başa gəldi”.
Politoloqun sözlərinə görə, Çin digər qonşusu Yaponiya ilə də əlaqələri gərginləşdirir:
“Çinin hərbi gəmiləri Yaponiya sahillərinə daxil olaraq həmin ərazidə uzun müddət qalırlar. Çinin hərbi gəmiləri bu təhlükəli manevrləri hər həftə davam etdirirlər. Sonunca dəfə Çin hərbi gəmiləri Yaponiya sularında 70 saat üzüblər. Bu Çin-Yaponiya münasibətləri tarixində antirekord sayılır. Təsadüfi deyil ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Esixide Suqa Pekinin bu hərəkətlərinə etiraz edib. Çin isə iddia edir ki, Yaponiya yaxınlığında ona aid adalar var.
Beləliklə, Çin qonşularının əksəriyyəti ilə sərhəd pozuculuğunu genişləndirir. Çinin Hindistan və Yaponiya ilə yanaşı Vyetnam, Tayvan, Malayziya, Filippin və Bruneylə də sərhəd ixtilafı var. Başqa sözlə Çin qonşularına əzələ nümayişini göstərməkdə davam etdirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region