Çin Xarici İşlər Nazirliyi ABŞ-ni Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə və onları dərhal azad etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə ÇİN XİN məlumat yayıb.
Məlumata görə, "Çin Amerika tərəfini Prezident Maduro və həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə və dərhal azad etməyə, Venesuelada dövlət hakimiyyətini sarsıtmağa yönəlmiş hərəkətləri dayandırmağa və problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır".
Xarici İşlər Nazirliyi ölkə liderinin ABŞ qüvvələri tərəfindən ələ keçirilməsinin beynəlxalq hüququn və fundamental normaların açıq şəkildə pozulması olduğunu vurğulayıb. ABŞ-nin hərbi əməliyyatları BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə birbaşa ziddir.