Çində məktəblərdə dərslər bərpa olunur
16:42 14.04.2020
Dünya
651
Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı Hubey vilayəti istisna olmaqla digər şəhər və vilayətlərin məktəblərində dərslərin bərpasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, ölkədə epidemioloji vəziyyətin yaxşılaşması fonunda ümumi orta (VII-IX siniflər) və tam orta (X-XII siniflər) məktəblərin son (buraxılış) siniflərində dərslər bərpa olunub. Şagird və müəllimlərin epidemioloji qaydalara uyğun olaraq qoruyucu maska taxmaları, şagirdlərin əllərini xüsusi maddələrlə tez-tez dezinfeksiya etmələri məcburidir. Bundan başqa, gün ərzində bir neçə dəfə şagirdlərin bədən hərarəti ölçülür. Təhsil Nazirliyi bütün məktəb rəhbərlərinə sinif otaqlarının tez-tez dezinfeksiya olunmasını, müvəqqəti karantin otaqlarının ayrılmasını tapşırıb.
Qeyd edək ki, Çində COVID-19 infeksiyası yayılmağa başlayanda bütün tədris müəssisələrində dərslərin başlanması təxirə salınmış, onlayn dərslərin təşkilinə başlanılmışdı. Aprelin sonunadək bütün vilayət və şəhərlərdə ümumi orta və tam orta məktəblərin buraxılış siniflərində dərslər bərpa olunacaq. Paytaxt Pekinin tam orta məktəblərinin buraxılış siniflərində dərslər aprelin 27-də, ümumi orta məktəblərinin son siniflərində isə mayın 11-də başlanacaq. Virusdan ən çox əziyyət çəkmiş Hubey vilayətində dərslərin başlanma vaxtı daha sonra elan ediləcək.
Ölkə üzrə tam orta məktəblərə qəbul imtahanı isə iyulun 17-19-da, ali məktəblərə qəbul imtahanları (“Gaokao”) isə iyulun 7-9-da keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya