Çində raket sınaqları üçün dəniz bazası tikilir

Çinin "Space Epoch" aerokosmik şirkəti təkrar istifadə oluna bilən maye yanacaq raket-daşıyıcılarının istehsalı və sınaqları üçün ilk dəniz bazasının tikintisinə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə açıqlama şirkətin "WeChat" hesabında yerləşdirilib.

Baza Çinin şərqindəki Hançjou əyalətinin Syantyan rayonunda yerləşir. İnfrastruktur investisiyaları 5.2 milyard yuan (təqribən 743 milyon dollar) təşkil edir.

İlkin mərhələdə o, 7.2 hektar ərazini əhatə edəcək. Bura orta və böyükmiqyaslı dəniz daşıyıcılarının tədqiqatı, istehsalı, yığılması, sınaqdan keçirilməsi, təmiri və təkrar istifadəsi üçün nəzərdə tutulur. Baza ildə 25-ə qədər buraxılış həyata keçirə biləcək.