Çinin uyğurlara qarşı yeni mübarizə üsulu...
Fidan Həmişəyeva
08:31 18.02.2021
Dünya
891
Çinin uyğurlara qarşı təzyiq siyasəti bəllidir. Pekin beynəlxalq təzyiqə rəğmən, uyğurları “əmək düşərgələrində” zorla “tərbiyləndirməkdən” imtina etmir. Pekin eyni zamanda müharicətdə olan uyğurların fəallığından da narahatdır. Uyğurlar dünyanın müxtəlif ölkələrində haqları uğrunda mübarizəni davam etdirir, Çin səfirlikləri qarşısında etirazlar təşkil edirlər.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, Pekin uyğurlarla Çində mübarizə apardığı kimi xaricdə də fəaliyyətini genişləndirib:
“Bu məqsədlə Çinin kəşfiyyat xidməti xaricdəki fəal uyğurları nəzarətə götürməyə başlayıb. Alman mətbuatının yazdığına görə, Çinin kəşfiyyat xidməti Almaniyadakı bəzi uyğurları casuslusa sövq etməyə çalışır. Məsələn, Çinin kəşfiyyat xidməti Almaniyada yaşayan Eysa Imin adlı uyğuru Malayziyadan Çinə qayırdarkən hava limanında həbs edib.
Onu bir müddət təcridxanada saxlayıblar. Həmin uyğur hadisəni bu şəkildə nəql edib: “Hava limanına çatanda mənə dedilər ki, hamı gedənə qədər pasport nəzarətində gözləməlisən. Sonra iki polis gödəkçəmi başımın üstündən çəkdi ki, heç nə görə bilməyim. Məni maşına mindirib hansısa təcridxanaya apardılar. İki gün əllərimi və ayaqlarımı bağlı vəziyyətdə saxladılar”.
Eysa Imini bir şərtlə azadlığa buraxacaqlarını və Almaniyaya geri qayıdacağına imkan verəcəklərini deyiblər:
“Almaniyada fəal uyğurlar barədə məlumat toplamalı və həmin məlumatları bizə ötürməlisiniz”. Eysa Imin azadlığa çıxmaq və Almaniyaya geri qayıtmaq naminə Çin kəşfiyyat xidmətinin şərtini qəbul edib. Ancaq o, elə ki, Çini tərk edib və Almaniyaya yetişib əməkdaşlıqdan imtina edib. Bu haqda Almaniyanın müvafiq orqanlarını məlumatlandırıb. Lakin Eysa Iminin imtina qərarı onun Çindəki qohumlarına baha başa gəlib. Onun Çindəki 5 ailə üzvü itkin düşüb, qardaşı isə 25 il həbs cəzası alıb.
Uyğur fəalı Rahima Mahmutun sözlərinə görə, bəzi uyğurlar xaricdə Çin üçün casusluq etmək məcburiyyətində qalırlar. O, Çinin xaricdə yaşayan bir qrup uyğuru casusluq etməyə çalışdığını vurğulayıb”.
E.Şahinoğlu qeyd edib ki, Çin xaricdə yaşayan bir qrup uyğuru casusluğa məcbur etməklə ikiqat qazanc əldə edir:
“Birincisi, hansısa uyğur Çindəki qohumlarının işgəncə görməməsi səbəbindən əməkdaşlığa razılaşırsa, Çin kəşfiyyat xidməti həm istədiyi məlumatları əldə edir, həm də həmin uyğuru şantaj edir.
İkincisi, hansısa uyğur Çinə casusluq təklifinə razılaşmırsa belə, bu da Çin kəşfiyyatının ziyanına deyil. Çünki Çin kəşfiyyatı bu yolla xaricdəki uyğurlar arasında şübhə toxumu yaratmağa nail olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat