Çinin uyğurlarla bağlı məxfi məlumatları ələ keçdi - Ölüm düşərgələri... !
Fidan Həmişəyeva
11:10 14.12.2020
Dünya
1498
"Bütün tənqidlərə rəğmən, “təlim düşərgələri” fəaliyyətlərini davam etdirirlər"
"Bu isə haqlarını tələb edən uyğurlarda daha böyük narazılıqlar doğurur"
"Düşərgələrin varlığı Çinin Qərb ölkələri ilə münasibətlərinin nizamlanmasına da mane olur"
Beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch” Çinlə bağlı yeni hesabat yayımlayıb. Hesabata görə, Çinin kəşfiyyat xidmətləri uyğurlar haqqında məxfi məlumatlar bazası yaradıb. Məlumat bazalarının yaradıldığı uyğurlar Sincan bölgəsinin Aksu rayonunda yaşayırlar. Adları keçən uyğurlar Çinin təsis etdiyi “təlim düşərgələrində” saxlanılıblar. Qərbdə həmin “təlim düşərgələrini” faktiki faşistlər düşərgələrinə bənzədirlər.
“Human Rights Watch” Çinlə bağlı yeni hesabatı ABŞ-da hay-küy yaradıb və Vaşinqtonda Pekinə qarşı növbəti sanksiyalar barədə düşünürlər. Bəs necə oldu ki, “Human Rights Watch” təşkilatı Çin kəşfiyyatının məxfi məlumatlarını ələ keçirə bilib?
Sualımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, bu haqda təşkilatın açıqlaması yoxdur. Buna baxmayaraq, təşkilat iddia edir ki, 2 min uyğurun adı və soyadı barədə onlarda dəqiq məlumatlar var və onlar həqiqətən “təlim düşərgələrində” saxlanılıblar:
“Çinin kəşfiyyat oqranlarının qanunsuz fəaliyyəti BMT səviyyəsində də pislənilib. Hər tərəfdən təzyiqlərlə üzləşən Pekin uyğurlara qarşı taktikanı dəyişib. Çin rəsmiləri “təlim düşərgələrinə” yeni ad icad ediblər:
“Peşə qabiliyyətinin artırılması mərkəzləri”. Ad dəyişsə də, mahiyyət dəyişməyib.
Çinin məxfi orqanları uyğurları elektron izləmə vasitəsilə nəzarətdə saxlayır. Həmin elektron izləmə qurğuları uyğurların istifadə etdikləri mobil telefonların içərisində yerləşdirilib.
Həmin qurğular insanın hara getdiyini, kimə zəng etdiyini, hansı internet saytlarına daxil olduğunu izləyib. “Human Rights Watch” təşkilatının hesabatına görə, məhz bu cür izləmə vasityəsilə fəal uyğurlar həbs olunub və düşərgələrdə yerləşdirilib. Həmin düşərgələrdə isə uyğurlara təzyiq edilib, hətta məcburi şəkildə din əleyhinə kitablar oxutdurulub”.
Analitikin sözlərinə görə, “Human Rights Watch” hesabatında vurğulanır ki, sonrakı mərhələdə düşərgədə olan uyğurlar barədə məlumat bazası yaradılıb və düşərgədən çıxdıqdan sonra da onlar nəzarət altında saxlanılıb:
“İnternet proqramı düşərgədəki uyğurların təsnifatını aparır, onları “təhlükəli” “nisbətən təhlükəli” kimi bölmələrə ayırır. Məsələn, hansısa uyğur evində Quran oxuyursa, Qırğızıstana və ya Qazaxıstana tanışlarına zəng edirsə, onu “təhlükəli” kimi qiymətləndirirlər.
Beləliklə, Pekin “təlim düşərgləri” ilə bağlı siyasətini dəyişmir. Bütün tənqidlərə rəğmən, “təlim düşərgələri” fəaliyyətlərini davam etdirirlər. Bu isə haqlarını tələb edən uyğurlarda daha böyük narazılıqlar doğurur.
Düşərgələrin varlığı Çinin Qərb ölkələri ilə münasibətlərinin nizamlanmasına da mane olur. Düşərgələrin varlığını yalnız Rusiya kimi ölkələr görməzlikdən gəlirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi