"The Telegraph" yazır ki, Çin dövlət dəstəkli hakerlər 2021–2024-cü illərdə Dauning-stritdəki yüksək vəzifəli şəxslərin mobil telefonlarını ələ keçirərək dinləyib.
Sherg.az xəbər verir ki, hədəflər arasında sabiq baş nazirlər Boris Conson, Liz Trass və Rişi Sunakın yaxın köməkçiləri olub. Casusluğun hazırkı baş nazir Keyr Starmeri və komandasını da əhatə edə biləcəyi istisna edilmir. MI5 Çindən gələn casusluq təhlükəsi ilə bağlı daha əvvəl Parlamentə xəbərdarlıq edib.