COVID-19: Niderlandda insanlar heyvanları koronavirusa yoluxdurub
13:48 30.04.2020
Dünya
544
Niderlandda COVID-19 virusunun insandan heyvana - su samuruna keçdiyi aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, ölkənin COVID-19 epidemiyasından 4 400 insanın öldüyü və 37 mindən çoxunun yoluxduğu Brabant-du Nord regionunun Eindhoven şəhərinin şərqində yerləşən iki su samuru fermasında heyvanlarda koronavirus aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuata açıqlamasında bildirilib ki, su samurlarında yeni koronavirusa yoluxma əlamətləri tapılıb. Heyvanların nəfəs almaq çətinliyi aşkarlanıb. Aparılan testlərin nəticəsində bəlli olub ki, bu məməlilər sinfindən olan heyvanlar COVID-19 virusundan əziyyət çəkir. Fermanın əməkdaşları arasında koronavirusa yoluxanlar olub və heyvanların məhz onlar tərəfindən yoluxduğu bildirilib.
Kənd təsərrüfat nazirinin göstərişi ilə hər iki fermanın yaxınlığından keçən yollar bağlanılıb və əhaliyə fermalara yaxınlaşmamaq tövsiyə edilib.
Hər iki fermanın əməkdaşları heyvanlarda aşkarlanan nəfəs alma problemləri və yoluxanların sayının artması ilə bağlı hökumətə məlumat verməlidirlər.
Xatırladaq ki, ticarət məqsədilə xəzinə görə su samuru təsərrüfatı ölkədə mübahisəli məsələlərdəndir. 2016-cı ildə ölkənin ən ali hüquqi instansiyası bu fermaların 2024-cü ilədək bağlanması barədə əmr verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm