Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən daşındıra bilməyib

Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina etməyə razı sala bilməyib.

APA xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Danimarka və ABŞ Qrenlandiya ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər.

“Biz irəliyə doğru ümumi yolun tapılması imkanlarını araşdırmaq üçün yüksək səviyyəli işçi qrupunun yaradılmasına qərar verdik. Bizim fikrimizcə, bu qrup ABŞ-ın təhlükəsizliklə bağlı narahatlıqlarının həlli yollarını axtarmağa, eyni zamanda Danimarka Krallığının qırmızı xətlərinə hörmət edilməsinə fokuslanmalıdır. Belə bir qrupun ilk görüşünü bir neçə həftə ərzində keçirməsini gözləyirik”, – deyə nazir qeyd edib.