Danimarka ABŞ məhsullarını boykot edir
Danimarka ABŞ məhsullarını boykot edir
Yusif Nəzərli
18:39 29.04.2025
Dünya
373
Danimarkalılar ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları və onun gömrük tarifləri siyasətinə etiraz olaraq Coca-Cola və digər Amerika məhsullarını boykot edirlər.
Trend xəbər verir ki, bu barədə məlumatı "Financial Times" qəzeti yayıb.
Nəşr yazır ki, Danimarkada Coca-Cola içkisinin qablaşdırılmasına cavabdeh olan "Carlsberg" pivə şirkətinin baş direktoru Yakob Orup-Andersen jurnalistlərə verdiyi açıqlamada satışların bir qədər azaldığını bildirib. Onun sözlərinə görə, bu ölkədə Amerika brendlərinə qarşı istehlakçı boykotu müşahidə olunur və bu, "Carlsberg"in bu cür tendensiyanı əhəmiyyətli şəkildə gördüyü yeganə bazardır.
Yakob Orup-Andersen qeyd edib ki, texniki baxımdan Coca-Cola və Pepsi Danimarka məhsulları sayılır, çünki ölkə üçün istehsal yerli olaraq həyata keçirilir. Lakin buna baxmayaraq, o, içkinin boykotuna dair ictimai qərara hörmətlə yanaşdığını bildirib.
"Financial Times" həmçinin qeyd edir ki, Coca-Cola-nın boykotu fonunda Danimarkada yerli analoq olan Jolly Cola-nın satışları ötən illə müqayisədə 13 dəfə artıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm