Danimarka məktəblərdə smartfonları qadağan etməyə hazırlaşır
Yusif Nəzərli
16:59 02.03.2025
Dünya
395
Danimarka məktəblərdə və məktəbdənkənar dərs klublarında smartfonları qadağan etməyə hazırlaşır.
Sherg.az BBC-yə istinadən xəbər verir ki, Təhsil naziri bu planı uşaqların rifahına baxmaq üçün hökumət tərəfindən yaradılan komissiyanın tövsiyələrindən sonra elan edib.
Danimarka hökuməti tam təfərrüatları açıqlamayıb, lakin Uşaqlar və Təhsil Naziri Mattias Tesfaye deyir ki, qadağanın tətbiqi ilə nə tənəffüs, nə də dərs zamanı məktəbdə mobil telefonlar və şəxsi planşetlərə icazə verilməyəcək.
"Telefon uşağın yataq otağına girən kimi onun bütün "yerini" tutur" və onların özünə inamını məhv etmək riski daşıyır. Əllərində bu cihaz olan kimi onların rifahı pisləşir", - komissiyanın prezidenti Rasmus Meyer deyib.
Bu ayın əvvəlində Birmingem Universitetində aparılan araşdırmalar göstərib ki, telefonlar onlardan daha çox istifadə edən tələbələrin rifahına və təhsil həyatına daha çox mənfi təsirlər göstərə bilər.
Lakin araşdırma telefonları qadağan edən məktəblər və bunu etməyən məktəblərin müqayisəsini də aparıb və məktəbdə telefonların qadağan edilməsinin şagirdlərin göstəricilərində çox da fərq yaratmadığı qənaətinə gəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya