Danimarka nüvə çəkindirmə ilə bağlı Fransanın dəvətini qəbul edib

Danimarka nüvə çəkindirmə sahəsində əməkdaşlığa qoşulmaq barədə Fransanın dəvətini qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.

O bildirib ki, NATO-da üç ölkə - ABŞ, Böyük Britaniya və Fransa nüvə çəkindirmə potensialına malikdir:

"Fransa Prezidenti Emmanuel Makron Danimarkanı və bir sıra digər ölkələri bu sahədə daha sıx əməkdaşlığa dəvət edib. Bu, Avropanın çəkindirmə potensialının gücləndirilməsi üçün edilir. Təəssüf ki, bu, zəruridir. Buna görə də Danimarka bu əməkdaşlıqda iştirak etməyə razılaşıb".

Müdafiə naziri Troels Lund Poulsen izah edib ki, Parislə əməkdaşlıq Danimarkada Fransaya aid nüvə silahının yerləşdirilməsi anlamına gəlmir.

Daha əvvəl Emmanuel Makron bildirib ki, Fransa yeni və qabaqcıl çəkindirmə konsepsiyası çərçivəsində strateji qüvvə elementlərinin müttəfiqlərin ərazisində yerləşdirilməsi və birgə təlimlərin keçirilməsini mümkün hesab edir.