Danimarkada ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına etiraz olaraq ABŞ mənşəli məhsullara qarşı boykot genişlənir.
Sherg.az xəbər verir ki, sosial şəbəkələrdə yaradılan “ABŞ məhsullarını boykot et” adlı qrupa qısa müddətdə 95 mindən çox insan qoşulub və hər gün yüzlərlə yeni üzv əlavə olunur.
Boykot çərçivəsində Coca-Cola, Heinz, Netflix, Amazon kimi tanınmış Amerika brendləri hədəf alınıb. Bir çox danimarkalı Netflix, YouTube və Prime kimi platformalara abunəliklərini ləğv edərək yerli və Avropa alternativlərinə yönəlməyi müzakirə edir. Alış-veriş səbətlərində isə Amerika məhsullarının yerini Avropa istehsalı mallar tutur.
Mütəxəssislər bildirir ki, boykotun real iqtisadi təsiri olacaq və Amerika kimliyi üzərində qurulan brendlərin dəyəri azalacaq.