2025-ci ildə Danimarka ordusunu dəstəkləyən "Hemvern" hərbi təşkilatına rekord sayda könüllü əsgər qoşulub.
Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ötən il "Hemvern" üzvlərinin sayında 1983-cü ildən bəri ən böyük artım qeydə alınıb. Belə ki, təşkilata 2 314 yeni əsgər qoşulub ki, bu da əvvəlki illə müqayisədə 43% çoxdur.
Çağırışçıların sözlərinə görə, onların bir çoxu dəyişən təhlükəsizlik vəziyyəti səbəbindən könüllü olublar.
Hazırda hərbi təşkilatın təxminən 43 000 üzvü var.