David Zalkaliani: "Gürcüstan səfirini Ukraynaya geri qaytarmağı nəzərdən keçirilə bilər"
19:07 14.02.2021
Dünya
610
Gürcüstan yaxın gələcəkdə səfirini Ukraynaya geri qaytarmağı nəzərdən keçirə bilər.
APA-nın yerli bürosu xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib. Nazir bildirib ki, əsas strateji tərəfdaş ölkələr olan Gürcüstan və Ukraynanın münasibətləri bir nəfər tərəfindən əsir götürülməməlidir və ukraynalı tərəfdaşları tədricən bunu anlayırlar.
“Gürcüstan səfirinin geri çağırılması ilə biz strateji tərəfdaşımız və dost ölkə olan Ukraynaya göstərdik ki, məsələ nə qədər ciddidir və xarici ölkə vətəndaşının Gürcüstanın daxili işlərinə qarışmaması nə qədər vacibdir. Biz bu son dərəcə çətin vəziyyətlə əlaqədar son zamanlar ukraynalı tərəfdaşlarımızdan dəqiq dəyərləndirmə və dəqiq anlaşılmanın olduğunu eşidirik. Bu çətin vəziyyətin səbəbkarı məsuliyyətsiz bir nəfərdir. Bu göstərir ki, biz yaxın gələcəkdə, səfirin Ukraynaya geri qayıtması da daxil olmaqla, irəliyə doğru addımlar ata bilərik”, - deyə D.Zalkaliani bildirib.
Nazir qeyd edib ki, səfirin geri çağırılmasına baxmayaraq, bu müddət ərzində rəsmi Tbilisi ilə Kiyev arasında kommunikasiya kəsilməyib və hər iki tərəf vəziyyətin bu cür davam etməməsinin tərəfdarıdır.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ötən il mayın 8-də Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilini Ukrayna İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin etməsi Gürcüstanda etirazla qarşılanıb. Qərara etiraz olaraq Gürcüstanın bu ölkədəki səfiri T.Şaraşenidze həmin gün siyasi məsləhətləşmələr üçün geri çağırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya