Suriya şimal-şərqindəki Deyr-əz-Zor və Rakka vilayətləri tam olaraq müvəqqəti hökumətin nəzarətinə keçəcək.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Suriya ordusu və kürd koalisiyası "Suriya Demokratik Qüvvələri" (SDS) arasında imzalanmış atəşkəs razılaşmasında yer alıb.
Sənədi ölkənin müvəqqəti prezidenti Əhməd əş-Şaraa təsdiqləyib.
Razılaşmaya əsasən, Fərat çayının şərqində yerləşən bütün SDS hərbi birləşmələri çıxarılacaq və bu, onların yerləşdirməsinin yenidən təşkili üçün ilkin addım olacaq. Həmçinin, Deyr-əz-Zor və Rakka vilayətlərinin həm inzibati, həm də hərbi baxımdan dərhal və tam şəkildə Suriya hökumətinə verilməsi təmin ediləcək.