Donald Tramp jurnalistə: "Sən axmaqsan, CNN-də işləyirsən"

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə CNN telekanalının jurnalistini “axmaq” adlandırıb.

Teleqraf xəbər verir ki, CNN-in əməkdaşı Trampdan ABŞ-nin Rusiyaya niyə sanksiya tətbiq etmədiyini soruşanda, prezident bu məsələdən heç nə anlamadığını bildirib.

“Siz heç nə başa düşmürsünüz. Axmaqsınız, aşağı IQ-ya malik insansınız. Axmaqsınız və CNN-də işləyirsiniz”, - Tramp jurnalistə cavab verib.

ABŞ Prezidenti qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi Ukrayna ilə danışıqlara mane olardı və Moskvanın həbsdən azad etdiyi Amerika vətəndaşının azadlığa çıxmaq şansı olmazdı.