Dünya bu görüşdən danışır: Maçado "Nobel"i Trampa təqdim etdi

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən qaçırılmasından sonra Ağ Evdə Venesuelalı müxalif lider Mariya Korina Maçado ilə bir araya gəlib. Nahar formatında baş tutan görüş tərəflərin ilk görüşü olub.

Sherg.az xəbər verir ki, görüşdən sonra Ağ Ev qarşısında onu gözləyən tərəfdarları ilə görüşən Maçado, görüşün “çox yaxşı” keçdiyini bildirib. O, jurnalistlərə Nobel Sülh Mükafatını Trampa təqdim etdiyini deyib. “Tramp mükafatı qəbul etdimi?” sualını isə cavabsız qoyub.

ABŞ Prezidenti Tramp Maçado ilə görüşü ilə bağlı sosial media hesabında paylaşım edərək, müxalif liderlə çox yaxşı bir görüş keçirdiyini qeyd edib.

Maçadonun ona Nobel Sülh Mükafatını təqdim etdiyini bildirən Donald Tramp bunun qarşılıqlı hörmətə əsaslanan “çox gözəl bir jest” olduğunu deyib. Tramp daha əvvəlki açıqlamalarında Maçadonun Venesuelada hakimiyyətə gələcək qədər xalq arasında nüfuz və gücə sahib olmadığını iddia etmiş, hazırkı Müvəqqəti Dövlət Başçısı Delsi Rodriges və onun hökuməti ilə işləyəcəklərini bildirmişdi.