
Dünya müharibəsi ehtimalı reallıqdan uzaqdır - ŞƏRH
09:13 04.11.2025
Dünya
272
Ekspert proqnozları “manipulyasiya” adlandırdı
Modern diplomatiya üçüncü dünya müharibəsinin əvəzinə işləyir
NATO tərəfindən Rusiya eksklavı Kalininqradın mümkün dəniz blokadası üçüncü dünya müharibəsinə səbəb ola bilər. Bu barədə Fransanın “AgoraVox” nəşri məlumat yayıb. Nəşr qeyd edib ki, əgər NATO Kalininqradın Baltik dənizinə çıxışını əngəlləməyə çalışarsa, bu, episentri Kalininqrad olan Kennedi-Xruşşov raket böhranının (1962-ci ilin oktyabrı) təkrarlanmasına səbəb ola bilər”. Məqalə müəllifləri istisna etmirlər ki, Kalininqrad yeni raket böhranının episentrinə çevrilə bilər: “Üstəlik, Rusiya ilə ABŞ arasında Soyuq müharibənin yenidən başlaması və ABŞ-nin Qısa və Ortamənzilli Nüvə Raketləri Müqaviləsindən çıxmasını nəzərə alsaq, bu fonda üçüncü dünya müharibəsini istisna etmək olmaz”.
Qeyd edək ki, Kalininqrad şəhəri İkinci Dünya müharibəsindən sonra “Potsdam” sazişinin şərtlərinə əsasən Sovet İttifaqının bir hissəsinə çevrilib. Bu gün o, NATO ərazisinin mərkəzində Rusiya gücünün forpostudur və Avropanın ən güclü möhkəmləndirilmiş bölgələrindən biridir. Kalininqrad Rusiyanın əhəmiyyətli quru qüvvələrinə, hava hücumundan müdafiə sistemlərinə və dəniz qüvvələrinə, o cümlədən nüvə silahı daşıya bilən raketlərin yerləşdirilməsinə, Moskvaya bölgədə irəli əməliyyat bazası verdiyinə və istənilən hərbi qarşıdurma riskinin artırılmasına ev sahibliyi edir.
Araşdırmaçı-jurnalist Asəf Quliyev “Şərq”ə açıqlamasında son dövrlər beynəlxalq mediada və ekspert dairələrində səsləndirilən “üçüncü dünya müharibəsi” ilə bağlı proqnozlara münasibət bildirib. O qeyd edib ki, qlobal miqyasda baş verən gərginliklər və regional münaqişələr müəyyən risklər yaratsa da, bu, birbaşa dünya müharibəsi təhlükəsi anlamına gəlmir:

“Dünya siyasətində baş verən hadisələrin fonunda bəzi analitiklər üçüncü dünya müharibəsinin başlaya biləcəyi barədə fikirlər irəli sürürlər. Amma bu, daha çox informasiya manipulyasiyası və siyasi təzyiq vasitəsidir. Müasir beynəlxalq münasibətlər sistemi, nüvə balansı və iqtisadi qarşılıqlı asılılıq belə bir genişmiqyaslı müharibəyə imkan vermir”.
Kalininqradın Baltik dənizinə çıxışının bloklanmasına gəldikdə isə A.Quliyev qeyd edib ki, son günlər Kalininqrad bölgəsi ətrafında yaranan gərginlik və Baltik dənizinə çıxışın bloklanması barədə xəbərlər də süni şəkildə şişirdilir:
“NATO-nun Rusiyaya qarşı hərbi gücdən istifadə etməsi, bu ölkənin ərazisinə birbaşa müdaxilə etməsi inandırıcı görünmür. Çünki bu addım avtomatik olaraq NATO-Rusiya müharibəsi demək olardı. Başda Amerika Birləşmiş Ştatları olmaqla, heç bir NATO ölkəsi bu riski üzərinə götürməz. NATO dövlətləri Rusiyaya təzyiqi daha çox iqtisadi və diplomatik vasitələrlə həyata keçirməyə çalışırlar. Ukraynadakı vəziyyətlə bağlı da eyni strategiya tətbiq edilir. Müxtəlif iqtisadi rıçaqlardan istifadə etməklə Rusiyanın imkanları məhdudlaşdırılır. Sanksiyalar, enerji bazarına nəzarət, maliyyə axınlarının yönləndirilməsi və informasiya müharibəsi bu siyasətin əsas tərkib hissələridir. Amma NATO ölkələrinin heç biri Rusiyanın qarşısında birbaşa silahlı qarşıdurmaya girmək istəmir. Ukraynanın mənafeyini qorumaq üçün də bu cür dolayı yollar seçilir”.
Şəymən Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi