Dünya tam "bağlanmayıb", minlərlə təyyarə havada
dır
21:11 04.04.2020
Dünya
673
Koronavirusun aviaəlaqələrə necə təsir etdiyi öyrənilib. Sputnik Azərbaycan-ın The Guardian-a istinadən xəbərinə görə, "Flightradar24" tərəfindən hazırlanan data məlumatda xeyli sayda uçuşların ləğv edildiyi, lakin hələ də minlərlə təyyarənin hava məkanını tərk etmədiyi göstərilib.
COVİD-19 virusunun yayılması ilə əlaqədar olaraq bu gün əksər ölkələr uçuşların sayını məhdudlaşdırıb. Hazırlanan hesabatda ötən ayın cari həftəsi ilə müqayisədə uçuşların sayının kifayət qədər, ötən ilin cari həftəsi ilə müqayisədə isə xüsusi planlaşdırılmış uçuşların 48 faiz azaldığı bəlli olub.
Lakin bir çox ölkələr uçuşları dayandırsa da, minlərlə təyyarə hər gün bir ölkədən digərinə uçuş həyata keçirir. Sadəcə, bir çox ölkələrdə karantin rejimi başlayandan təyyarədəki sərnişilərin sayı azaldılıb.
Məlumatda qeyd olunur ki, bu gün minlərlə təyyarənin səmada qalmasının əsas səbəbi hökumətlərin daxili uçuşları məhdudlaşdırmaq istəməməsi ilə əlaqədardır. Məsələn, bu gün hava uçuşlarının ən çox həyata keçirildiyi ABŞ-da ölkələrarası uçuşların sayında 72 faizədək azalma olduğu təqdirdə, daxili uçuşlarda bu rəqəmdə sadəcə olaraq 18 faiz azalma qeydə alınıb. Ölkə başçısı Donald Tramp isə çərşənbə günü brifinqdə belə bir fikir söyləyib: "Hökumət daha çox ölkənin virus yayılan ərazilərinə daxili uçuşları məhdudlaşdırır".
Bundan başqa, İngiltərədə beynəlxalq uçuşlar 81 faiz, daxili uçuşlar isə 60 faiz məhdudlaşdırılıb. Daxili uçuşları təxirə salan ölkələrdən biri də Hindistandır.
Ekoloqlar isə aviaəlaqənin, eləcə də yürüstü nəqliyyatın sayının məhdudlaşdırılmasının ekoloji mühitə təsirlərinin müsbət olduğunu bildiriblər. Belə ki, uçuşların sayının azalmasının istixana qazı tullantılarının müvəqqəti azalmasına səbəb olacağı proqnozlaşdırılır. Çünki bunadək, yəni 1990 və 2019-cu illər arasında aviasiyadan karbon tullantılarının həcmində yalnız artım müşahidə olunurdu.
İndiyədək ekoloqlar ölkələrdən karbon tullantılarının sayının azaldılması üçün müəyyən addımları tələb etsələr də, yalnız ötən həftə ABŞ senatında bu istiqamətdə görüləcək işlər üçün 60 milyard dollarlıq bir paket ayrıldı.
İngiltərədə isə 26 təşviqat qurumu Paris İqlim Razılaşması ilə bağlı müəyyən addımların atılmasının vacibliyini vurğulayır.
Qeyd edək ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş karbon əvəzləşdirmə sxeminə əsasən, Corsia kimi tanınan aviaşirkətlər gələcək emissiyalarını meşələrə, bərpa olunan enerji və ya digər karbon kəsmə layihələrinə investisiya qoymaqla ödəməli olacaqlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTİLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region