
Dünya yeni mərhələdə: Qlobal güclər arasında bölüşdürülmə prosesi gedir
Yusif Nəzərli
17:28 05.11.2025
Dünya
222
Beynəlxalq münasibətlər sistemində dərin və struktur dəyişikliklər müşahidə olunur. Qlobal güc balansı pozulur, mövcud dünya nizamı sarsılır və beynəlxalq təşkilatların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının funksionallığı ciddi suallar doğurur. Bu proseslər fonunda regional və qlobal aktorlar arasında təsir dairələrinin yenidən bölüşdürülməsi uğrunda görünməmiş miqyasda siyasi, iqtisadi və hərbi rəqabət gedir. Belarus Prezidenti Aleksandr Lukaşenko da bu reallığı açıq şəkildə ifadə edərək bildirib: “Dünya yenidən bölünür, əsl döyüş, mübarizə gedir. Mən istərdim ki, bu mübarizədə qalib gələk. Ancaq birlikdə qalib gələ bilərik". Bu fikirlər, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” tezisi qlobal idarəetmədə ciddi islahatlara ehtiyac olduğunu göstərir. Artan narazılıqlar, geosiyasi bloklaşmalar və beynəlxalq hüququn selektiv tətbiqi dünya düzəninin ədalətsizliyini ortaya qoyur. Belə bir şəraitdə Azərbaycan da öz mövqeyini qorumaq və gücləndirmək üçün həm regional, həm də beynəlxalq müstəvidə çevik, məqsədyönlü və prinsipial siyasət yürüdür.
Politoloq Yusif Bağırzadə Sherg.az-a açılamasında Belarus Prezidenti Aleksandr Lukaşenkonun səsləndirdiyi fikirlərdə müəyyən həqiqət payının olduğunu və burada qeyri-adi bir məqam görünmədiyini söyləyib:

"Bu gün beynəlxalq aləmdə Birləşmiş Millətlər Təşkilatının rolu tədricən azalır, təşkilatın struktur və idarəetmə mexanizminin dəyişməsi ilə bağlı fikirlər getdikcə daha çox səslənməyə başlayır. Hətta Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinin dəyişdirilməsi, bu quruma yeni regional güclərin-İslam dünyasının, türkdilli dövlətlərin və Afrika ölkələrinin daxil edilməsinə dair çağırışlar da artmaqdadır. Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Dünya beşdən böyükdür" ifadəsi bu tələblərin simvoluna çevrilib. Ərdoğan açıq şəkildə bildirir ki, Təhlükəsizlik Şurasında İslam ölkələrinin və ya türkdilli dövlətlərin təmsil olunmaması qlobal ədalətsizliyi daha da dərinləşdirir. Afrika ölkələrinin liderləri də BMT-nin struktur islahatlarına ehtiyac olduğunu bəyan edir. Bu kimi çağırışlar onu göstərir ki, dünya yeni siyasi mərhələyə qədəm qoyur və artıq qlobal güclər arasında maraq dairələrinin bölüşdürülməsi prosesi gedir. Digər tərəfdən, bu proseslərə ABŞ prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi Alyaska görüşü fonunda baxmaq olar. Həmin görüşdə müxtəlif regionlar və təsir dairələri barədə danışıqlar aparıldığına dair xəbərlər mətbuatda geniş işıqlandırıldı. Bu da onu göstərir ki, qlobal güc balansında müəyyən razılaşmalar və qarşılıqlı təsir cəhdləri mövcuddur".
Politoloq BMT-nin mövcud mexanizmlərinin iflasa uğradığı bir dövrdə Fələstin məsələsinin də aktual qaldığını bildirib:
"HƏMAS-ın İsrailə qarşı fəaliyyəti İslam dünyası ilə ABŞ və İsrail arasında yeni qarşıdurma xəttini formalaşdırır. Bu kontekstdə bəzi Avropa ölkələrinin də Fələstinin müstəqilliyini tanıması bu məsələyə olan beynəlxalq dəstəyin artdığını göstərir. Artıq 153-dən çox dövlət Fələstini tanıyır və bu da qlobal münasibətlər sistemində dəyişikliklərin getdiyini təsdiqləyir. Məhz belə bir geosiyasi şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, dövlətin güclü olması həm hərbi, həm iqtisadi, həm də siyasi baxımdan vacibdir. Azərbaycan bu istiqamətdə ardıcıl şəkildə öz gücünü artırmaqdadır. Güclü ordu, müstəqil iqtisadiyyat və çevik diplomatik siyasət Azərbaycanın dayanıqlı mövqeyini təmin edir. Beynəlxalq səviyyədə isə Azərbaycan bir sıra strateji müttəfiqliklər qurur. Türkiyə və Pakistanla olan sıx münasibətlər, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, eləcə də Çin ilə strateji tərəfdaşlığa dair razılaşmalar bu siyasətin tərkib hissəsidir".
Ekspert 8 avqust 2025-ci ildə Vaşinqtonda baş tutan üçtərəfli görüşün nəticəsində münasibətlərin ikitərəfli strateji formata keçirilməsi prosesinin başladığını qeyd edib:
"Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti hazırkı qlobal siyasi dəyişikliklər fonunda çevik və məqsədyönlü addımlar ataraq ölkənin milli maraqlarını qorumaq və mövqeyini gücləndirmək istiqamətində ciddi işlər görür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya