Dünyada COVID-19 diaqnozu ilə ölən insanların sayı 160 mini keçib
03:47 19.04.2020
Dünya
589
Son sutka ərzində dünyada koronavirus infeksiyasına 82 minədək insan yoluxub, təxminən 6,5 min nəfər də bu virusun qurbanı olub.
APA xəbər verir ki, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.
18 aprel tarixli statistikaya görə, dünyada 2 330 793 nəfər yeni növ koronavirusa yoluxub, 160 643 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 81 930 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6505 nəfər artıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 060 063 yoluxma və 99 874 ölüm. Sutka ərzində burada yoluxanların sayı 30 849, ölənlərin sayı isə 3646 nəfər artıb.
Şimali Amerikada virusa yoluxanların ümumi sayı 791 406 nəfər təşkil edir, indiyədək 41 537 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət nisbətən ürəkaçandır – 77 973 yoluxma və 3653 ölüm faktı.
Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 370 784 yoluxma, 14 401 ölüm faktı qeydə alınıb.
İndiyədək dünyada 596 482 nəfər müalicə üsulu ilə virusdan xilas olub.
Ən çox yoluxanlar ABŞ-dadır – 738 792 nəfər. Onun ardınca İspaniya (194 416), İtaliya (175 925), Fransa (151 793), Almaniya (143 724) və Böyük Britaniya (114 217) gəlir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət
Gürcüstan yeni Katolikos-Patriarxını seçir
13:19 11.05.2026
Cənubi Qafqaz