“Dünyanın enerji “damarı” Türkiyənin əlindədir” - Asiyaya doğru genişlənir !
Turan
12:50 02.01.2021
Dünya
1565
“Mehri dəhlizi tam fəaliyyətə başladıqdan sonra Çin və Hindistan nəzərdə tutulan nəqliyyat dəhlizinə qoşulacaq”
“Rusiya artıq özü Türkiyənin ardınca getməyə məhkum olacaq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk respublikalarının prezidentlərinə zəng edib. Ərdoğan Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Quzey Kıbrıs Türk Cümhuriyyətinin liderlərinə Yeni il münasibətilə təbrik ünvanlayıb. Liderlər yeni ildə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək, regional məsələlərdə əməkdaşlığı gücləndirmək barədə razılaşıb. Ekspertlər bunu türk dünyasının birliyi istiqamətində atılmış mühüm addım kimi dəyərləndiriblər.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev vurğulayıb ki, Türkiyə son 5 ildə çoxvektorlu siyasət yürütməklə bölgə dövləti statusundan çıxaraq daha geniş areala qədəm qoyub.
Analitik vurğulayıb ki, ərəb siyasətində üstünlüyünü qoruyub saxlamaq şərtilə qəflətən üzünü Qafqaza və Şərqi Avropa ölkəsi olan Ukraynaya tutması bir çoxlarını qəzəbləndirdi:
"Türkiyə bu meydanda da özünü təsdiq etdi. Azərbaycanla bağlı aparılan siyasətin üzərində çox dayanmaq istəmirəm, çünki, hər şey ortadadır. Ukrayna ilə yaxınlıq və əməkdaşlıq sazişləri şokundan ayılmayan Rusiya Ərdoğanın orta Asiyada Türkiyənin nüfuzunu və təsirini gücləndirmək fəaliyyəti ilə üzləşdi
Bu qədər geniş bir məkanda aktiv siyasət yürüdərək hərbi kontingent saxlamaq küllü miqdarda vəsaitin tələb olunması deməkdir.
Türkiyə daxildə iqtisadi durğunluq yaşamasına baxmayaraq, Ərdoğan inamla şimala və Asiyaya doğru genişlənmə siyasətini davam etdirir. Təbii ki, bu addımlar həm də iqtisadi maraqlar çərçivəsində aparılır.
Dünya enerji damarı artıq demək olar ki, Türkiyənin əlindədir. Mehri dəhlizi tam fəaliyyətə başladıqdan sonra Çin və Hindistan nəzərdə tutulan nəqliyyat dəhlizinə qoşulacaq. Rusiya artıq özü Türkiyənin ardınca getməyə məhkum olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya