Dünyanın "siyasi beyni" açıqladı – Düzən tamamilə dəyişəcək
08:19 09.04.2020
Dünya
826
96 yaşlı Henri Kissincerin sözlərinə görə, bəşəriyyətin xoşbəxtliyi və millətlərin çiçəklənməsi yalnız insanların hökumətlərə inamı zamanı mümkün olacaq
Koronavirus pandemiyasının yaratdığı siyasi və iqtisadi xaos bundan sonrakı bir neçə nəslin həyatına sirayət edə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının sabiq dövlət katibi Henri Kissencer "The Wall Street Journal"a müsahibəsində bildirib.
Sabiq diplomat koronavirus pandemiyasını miqyasına və qloballığına görə indiyə kimi görünməyən təhlükə kimi dəyərləndirib.
96 yaşlı siyasətçinin sözlərinə görə, bəşəriyyətin xoşbəxtliyi və millətlərin çiçəklənməsi yalnız insanların hökumətlərə inamı zamanı mümkün olacaq:
"Məhz hökumətlər yaxınlaşan təhlükələri proqnozlaşdırmalı, onlara qalib gəlməli və daha sonra sabitliyi bərpa etməlidir. Koronavirus pandemiyasının bitməsindən sonra əksər hökumət institutları ləğv olunacaq. Nəinki koronavirusla mübarizə aparmaq, həm də artıq "postvirus dünya düzəninin yaradılması üzərində işləmək lazımdır".
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,5 milyonu keçib, 86 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə