Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Sky Nyus“ telekanalının müxbiri Salli Lokvud məlumat yayıb.
Bu, müharibə başlayandan bəri Ukrayna, ABŞ və Rusiya arasında ilk birbaşa üçtərəfli sülh danışıqlarıdır.
***
Ukrayna məsələsi üzrə görüşən tərəflər dialoqu 24 yanvarda davam etdirmək barədə razılığa gəliblər.
Bu barədə TASS məlumat yayıb.